Boksçumuz Ümid Rüstəmov dünya çempionatına qələbə ilə başlayıb
Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatına start verilib. 107 ölkədən 538 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov 1/32 final çərçivəsində Suleyman Samqhouli (Mərakeş) ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ü.Rüstəmov növbəti görüşündə türk Batuhan Citfçi ilə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də olacaq.

Eldar Quliyev (92 kq) isə 1/32 finalda Ahmad Alteymatla (İordaniya) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatdığından təmsilçimiz dünya çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, dünya çempionatının ikinci günündə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Malik Həsənov (63,5 kq) Bilgə Kanlı (Türkiyə), Mirşərif Kazımzadə (75 kq) Edvin Ovuor (Keniya), Murad Allahverdiyev (80 kq) isə Şabbos Neqmatullayevi (Tacikistan) sınağa çəkəcək.

Xəbər 142 dəfə oxundu.