“Fənərbaxça” yeni transferini həyata keçirir
“Fənərbaxça” yeni transferini həyata keçirir. “Sarı-lacivərtlilər” “Zenit”in şərəfini qoruyan Bruno Alveşi öz heyətinə qatmaq istəyir.
Artıq tərəflər portuqaliyalı müdafiəçinin transferini demək olar ki, reallaşdırıb. Alveşin Türkiyəyə gəlməsi “Fənərbaxça”ya 10 milyon avroya başa gələcək. Futbolçunun illik gəliri 3 milyon avro təşkil edəcək. Hələlik klub rəsmiləri bu barədə rəsmi açıqlama verməyib.

Xəbər 909 dəfə oxundu.