“Trabzonspor” qış fasiləsinə hazırlaşır
“Trabzonspor” qış fasiləsinə hazırlaşır. “Bordo-mavililər” mövsüm fasiləsində bir neçə oyunçu ilə vidalaşacaq.
Heyətinə yeni oyunçu qatmağı fikirləşməyən Trabzon təmsilçiləri ilk növbədə Marek Çexi komandadan göndərəcək. Əgər Çex özünə yeni komanda tapmazsa, müqaviləsi dayandırılacaq. Növbəti seçim isə Alanzinyo və Vittekdi. Əgər Vittek başqa komandaya keçməsə, Paulo Enrike Super Liqa təmsilçilərindən birinə icarəyə veriləcək.

Xəbər 885 dəfə oxundu.