“Alpha Tauri”nin pilotu Yuki Tsunoda Azərbaycan Qran-Prisinin sprint yarışında mübarizəni dayandırıb | |
“Alpha Tauri” komandasının pilotu Yuki Tsunoda Formula 1 Azərbaycan Qran-Prisinin sprint yarışında mübarizəni dayandırıb. Pilotun bolidində nasazlıq yaranıb və təkər maşından ayrılıb. Yürüş iştirakçıları 30 dəqiqə ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanacaqlar. Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. |
|
Xəbər 141 dəfə oxundu. |
|
|