Bu gün DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları keçiriləcək
Bu gün DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. Azərbaycan millisi mübarizə apardığı F qrupunda üçüncü qarşılaşmasına çıxacaq.

İlk 2 oyunda 1 xal qazanan komandamız Rusiya yığması ilə görüşəcək ki, rəqib seçmə mərhələdə qrupun vahid lideridi.

Belə ki, Moskvadakı məşhur “Lujniki” stadionunda qarşılaşacağımız şimallılar ilk 3 oyunda 3 qələbə qazanıb. Hələ qol buraxmayan Fabio Kapellonun yetirmələri cəmi 4 gün əvvəl Portuqaliyanı elə bu stadiondan məğlub yola salıb.

Xəbər 1012 dəfə oxundu.