Həndbol üzrə Azərbaycan millisi Nigeriya yığmasına məğlub olub
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında təşkil edilən dünya çempionatında növbəti oyununu keçirib.

D qrupunda yer alan yığmamız ikinci matçında Nigeriya seçməsi ilə üz-üzə gəlib. Görüş Nigeriya seçməsinin 35:17 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz ilk oyunda Bolqarıstan yığmasına 19:30 hesabı ilə məğlub olub.

Həndbolçularımız qrupda sonuncu oyununu Qvatemalaya qarşı keçirəcəklər.

Qeyd edək ki, çempionata aprelin 30-da yekun vurulacaq.

Xəbər 172 dəfə oxundu.