Maks Ferstappen: Bizi mövsümün sprintlə ilk uik-endi gözləyir
“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində təəssüratlarını bölüşüb.

Maks Ferstappen yenidən sükan arxasına qayıtmaqdan məmnun olduğunu söyləyib. O deyib: “Fasilə uzun oldu, bu səbəbdən yürüşə qayıtmağı səbirsizliklə gözləyirəm. Bakı trasında hər şeyi dəqiq yerinə yetirmək çətindir. Bu uzun düz yolları olan şəhər trasında bizim antiqanad sazlaması üçün çoxlu variantlarımız var.

Bundan başqa, bizi mövsümün sprintlə ilk uik-endi gözləyir və bu səbəbdən mərhələ bir az xaotik ola bilər. Biz uik-endə yaxşı başlamağa və məşqi problemsiz keçirməyə çalışmalıyıq. Baxaq görək, nə etmək lazım olacaq”.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-dən 30-dək keçiriləcək.

Xəbər 112 dəfə oxundu.