“İnter” Rolandunu istəyir
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “İnter” heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir. İdman.com.az saytının məlumatına görə, Milan klubu “Portu”nun mərkəz yarımmüdafiəçisi Rolandunu heyətinə qatmaq istəyir.

Bu yay “neradzurra” “Yuventus”la bərabər 27 yaşlı futbolçunu sıralarına qatmaq üçün Portuqaliya klubu ilə danışıqlar aparırdı. Amma “Portu”nun futbolçuya görə 15 milyon avro istəməsi hər 2 klubu geri çəkilməyə məcbur etmişdi.

Buna baxmayaraq, “İnter” təslim olmaq fikrində deyil. İtaliya mətbuatının xəbərinə görə, milanlılar danışıqları bərpa ediblər. Onlar Rolanduya üçün 10 milyon avrolarından keçməyə hazırdırlar.

Xəbər 1040 dəfə oxundu.