164-cü “El Klassiko»
Sabah Avropanın futbol ictimaiyyətinin diqqəti İspaniyaya yönələcək. Pireneylərdə təkcə bu yarımadanın deyil, həm də dünyanın ən prinsipial rəqabəti sayılan «Peal» - «Barselona» dueli baş tutacaq.
Maraqlıdır ki, bu dəfə dünya cəmi 18 gün ərzində 4 dəfə bu komandaların mübarizəsinə şahid olacaq. Sabah keçiriləcək ölkə çempionatı qarşılaşmasından savayı, komandalar İspaniya Kral Kubokunun finalında, bundan əlavə, həm də Çempionlar Liqasının yarımfinal mərhələsində də iki dəfə üz-üzə gələcəklər.
Sayca 164-cü olacaq 109 illik sabahkı mübarizə İspaniya Primerasının 31-ci turuna təsadüf edəcək.
Komandalar bütün turnirlərdə indiyədək 163 dəfə üz-üzə gəliblər ki, üstünlük paytaxt klubundadır. Madrid təmsilçisi matçların 68-də qələbəni bayram edib. «Barselona»nın aktivindəki qələbələrin sayı 65-dir. Sabahkı və qarşıdakı daha 3 oyunu nəzərə alsaq, Kataloniya təmsilçisinin aradakı fərqi həll etmək imkanı var.
Bu görüşdə ev sahibi heç də üstün görünmür. Təkcə son dövrlərdəki oyun formasına görə yox, həm də yaxın keçmişə görə. 5 ay öncəki görüşdə 4-2-3-1 taktiki sxemi ilə «Barsa» rəqibdən xeyli üstün görünmüşdü. Amma əvvəlki hadisələr də «Real»ın əleyhinədir: Quardiola «narıncı» sükançı olandan «Beranbeu»da uduzmur.
Joze Mourinyu isə deyir: «Londondakı oyundan sonra («Tottenhem»lə Çempionlar Liqası matçı) Kriştianu Ronaldunun çöhrəsinə yaraşan təbəssümü mənə də çox xoş idi. İstərdim ki, şənbə günü oyundan sonra da onu belə parlaq gülüşlə görüm». Yoxsa Quardyola demiş, çempionluq məsələsi elə buradaca bitəcək.

İspaniya Liqası. 31-ci tur
16.04.2011
«Real» - «Barselona»

İspaniya Kuboku. Final
20.04.2011 «Real» - «Barselona»

Çempionlar Liqası. 1/2 final
27.04.2011 «Real» - «Barselona»
04.05.2011 «Barselona» - «Real»

Xəbər 1397 dəfə oxundu.