Azarkeşlərin istəyi ilə Formula 1 Azərbaycan Qran-Prisinə konsertlər üçün yeni biletlər satışa çıxarılıb
Bilet satışı üzrə rekordları qırmış 2023 Formula 1 Azərbaycan Qran-Prisinə azarkeşlərin böyük marağı nəticəsində bütün tribuna biletləri tamamilə satılıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

BŞH sürət həvəskarlarının marağını və istəyini nəzərə alaraq yarış çərçivəsində baş tutacaq dünya ulduzları – niderlandlı sənətçilər DJ Don Diablo və DJ Hardvell konsertlərinə əlavə məhdud sayda ayaqüstü biletlərin satışa çıxarıldığını elan edib.

DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə aprelin 29-da Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə Formula 1 həftəsonunun açılışını edərək öz yüksək templi canlı şousunu sərgiləyəcək.

Biletlərin qiyməti 150 manat təşkil edir. Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.

Bənzərsiz yarış həyəcanının yaşamaq istəyənlər biletləri BŞH rəsmi veb -səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər:

• 28 Mall

• Gənclik Mall

• Heydər Əliyev Sarayı

• Kiosk 1 (Azərbaycan kinoteatrı)

• Kiosk 2 (Nizami küçəsi)

• ASAN 1

• ASAN 2

• ASAN 3

• ASAN 4

• ASAN Sumqayıt

Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi fəaliyyət göstərir.

Xəbər 134 dəfə oxundu.