"Gəncə" müntəzəm çempionatdakı son oyununda qələbə qazanıb
"Sərhədçi" İdman Mərkəzində, sonuncu 28-ci turun açılış oyunu baş tutub.

Ev sahibi "Sərhədçi" komandası ilə region təmsilçisi "Gəncə" arasında keçirilən oyunun yekununda, pley-off mərhələsinə vəsiqəni təmin etmiş gəncəli basketbolçular rəqibləri üzərində 102-85 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular "Sərhədçi PİK"də Maykl Diqqins ( 27 xal, 11 ribaund), "Gəncə BK"də isə Kollin Törner (28 xal, 9 asist) olub.

Xəbər 135 dəfə oxundu.