"Neftçi" - "Qarabağ" matçının vaxtı dəyişdirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşmasının vaxtı dəyişdirilib.

Buna səbəb həmin gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsidir.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 30-da saat 19:00-da deyil, mayın 2-də saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.

Xəbər 125 dəfə oxundu.