Cüdoçularımız dünya çempionatına Göygöldə hazırlaşırlar
Cüdo üzrə Azərbaycan millisi Qatarın paytaxtı Dohada keçiriləcək dünya çempionatına hazırlığın son mərhələsinə start verib.

Göygöl Olimpiya İdman Kompleksində böyüklərdən və gənclərdən ibarət yığma komandaların birgə təlim-məşq toplanışı keçirilir.

Böyüklərdən ibarət yığma komandanın 42, gənclərdən ibarət millinin isə 32 üzvünün iştirak etdiyi hazırlıq prosesi aprelin 29-dək davam edəcək. Təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Hazırlıq prosesinə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Mövlud Mirəliyev, Mehman Əzizov və Elçin İsmayılov, böyük performans analitik Zaur Babayev, gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.

Xəbər 149 dəfə oxundu.