Millimiz yoxlama oyununda Gürcüstanın “Martveli” klubuna qalib gəlib
On altı yaşadək basketbolçulardan ibarət millimizin Tbilisidə təlim-məşq toplanışı davam edir.

Millimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

Baş məşqçi Tahir Baxşıyevin yetirmələri ilk görüşündə “Martveli” klubunun U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəliblər. İkinci görüş “Dinamo Tbilisi” komandasına qarşı keçirilib. Basketbolçularımız həmyaşıdlarına 68:73 hesabı məğlub olublar.

Qeyd edək ki, hazırlıq prosesi aprelin 30-dək davam edəcək.

Xəbər 133 dəfə oxundu.