İdman gimnastlarımız Misirdə dünya kuboku yarışlarında çıxış edəcəklər
Aprelin 28-30-da Misirin paytaxtı Qahirədə idman gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Turnirdə Azərbaycan milli komandası da iştirak edəcək.

Ölkəmizin idman şərəfini Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova qoruyacaqlar.

Qeyd edək ki, Qahirədə təşkil olunacaq turnir dünya kubokunun dördüncü mərhələsi olacaq.

Xəbər 126 dəfə oxundu.