Millimiz Albaniya, Farer adaları və Moldova yığmaları ilə qarşılaşacaq
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.

Turnirdə Azərbaycan millisi ilə yanaşı, Albaniya, Farer adaları və Moldova seçmələri də mübarizə aparacaqlar.

Komandamız ilk oyununu mayın 2-də Farer adaları yığmasına qarşı keçirəcək. Mayın 4-də meydan sahibləri ilə qarşılaşacaq millimiz ayın 7-də Moldova ilə matçda gücünü sınayacaq.

Xəbər 115 dəfə oxundu.