Şahmatçımız Süleyman Süleymanlı dünya çempionatında gümüş medal qazanıb
Yunanıstanın Rodos şəhərində təşkil edilən məktəblilər arasında şahmat üzrə dünya çempionatına yekun vurulub.

Çempionatda ölkəmizi təmsil edən Süleyman Süleymanlı 17 yaşadək məktəblilərin yarışında gümüş medal qazanıb.

Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adına sahib olub. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.

Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib.

Xəbər 120 dəfə oxundu.