3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları Astarada keçiriləcək
Mayın 20-21-də Astarada qadınlar arasında 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları keçiriləcək.

Turnirdə milli komandamızla yanaşı, Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriyanın 3x3 yığmaları, həmçinin Çinin "Yuanda" və Bakının "Neftçi" klubları da mübarizə aparacaqlar.

Qeyd edək ki, Beynəlxalq Basketbol Federasiyası dünya qadın seriyasında milli komandalarla yanaşı, klubların da iştirakına icazə verir.

Xəbər 126 dəfə oxundu.