"Portu" klubu futbolçusu Pepe ilə müqaviləni yeniləyib
"Portu" klubu futbolçusu Pepe ilə müqaviləni yeniləyib.

Bu barədə klubun saytı məlumat yayıb.

Qırx yaşlı müdafiəçi ilə 2024-cü ilədək müqavilə imzalanıb.

Pepe karyerasına 2004-cü ildə “Portu”da başlayıb, 2007-ci ildə “Real”a keçib. Müdafiəçi 2019-cu ildə "Portu"ya qayıdıb. O, bu klubla 4 dəfə Portuqaliya çempionu olub, 2 dəfə ölkə kubokunu, 1 dəfə Superkubokunu qazanıb.

Xəbər 103 dəfə oxundu.