İordaniyalı futbolçu Azərbaycan çempionatında 50-ci oyununu keçirib
“Qəbələ”nin futbolçusu Omar Hani Azərbaycan çempionatında 50-ci oyununu keçirib. İordaniyalı yarımmüdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının XXXI turuna təsadüf edib.

24 yaşlı legioner “Sumqayıt”la səfər görüşündə sonradan meydana daxil olub.

O.Hani “qırmızı-qaralar”ın 0:2 hesabı ilə geridə olduğu matçda komandanın ilk qolunu vurub. Yubiley matçındakı bu topdan sonra daha iki dəfə fərqlənən “Qəbələ” geridönüşlə 3 xal qazanıb – 3:2.

Futbolçu Premyer Liqada 2021-ci il sentyabrın 11-də “Sabah”la səfər matçında (2:0) debüt edib. O, ötən mövsüm 21, cari çempionatda 29 dəfə meydana çıxıb. İordaniyalı futbolçu bu qarşılaşmalarda 3 qola imza atıb.

Xatırladaq ki, O.Hani “Qəbələ”nin forması ilə Premyer Liqada 50 və daha çox oyun keçirən 36-cı futbolçudur.

Xəbər 127 dəfə oxundu.