Azərbaycan Qran-Prisi: İlkin hava proqnozu
Formula 1 çempionatının Azərbaycan Qran-Prisi üçün ilkin proqnoz yürüş həftəsonunda buludlu hava vəd edir.

Bakıda üç gün ərzində hava əksər hallarda tutqun olacaq, şənbə və bazar günü külək gözlənilir. Bununla yanaşı, uik-end günlərində yağıntı ehtimalı 15 faizi üstələmir. Cümə, şənbə və bazar günlərində müsbət 21 dərəcə, yəni əlverişli temperatur gözlənilir.

Xatırladaq ki, ötən il Azərbaycan Qran-Prisinin bütün sessiyaları quru trasda keçmişdi.

Xəbər 110 dəfə oxundu.