“Kəpəz”in qapıçısı Orxan Sadıqlı Premyer Liqada 150-ci oyununu keçirib
“Kəpəz”in qapıçısı Orxan Sadıqlı Premyer Liqada 150-ci oyununu keçirib.

30 yaşlı qolkiperin yubileyi “Şamaxı” ilə matça təsadüf edib. Azərbaycan Premyer Liqasının XXXI turunun görüşü 1:1 hesabı ilə başa çatıb.

Futbolçu Azərbaycan çempionatları tarixinə 150 və daha çox matç keçirən 20-ci qapıçı kimi düşüb. O, bu görüşlərdə 205 top buraxıb.

O.Sadıqlının debütü 2012-2013-cü il mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. O, “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib.

Xəbər 99 dəfə oxundu.