Basketbol Liqası: NTD səfərdə “Gəncə”yə məğlub olub
Aprelin 22-də Azərbaycan Basketbol Liqasının XXVII turu çərçivəsində növbəti oyun keçirilib.

Gəncə Olimpiya İdman Kompleksində oynanılan matçda “Gəncə” komandası NTD-ni qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən matçda “Gəncə” rəqibi üzərində 95:92 hesablı qələbə qazanıb.

Oyunun ən məhsuldar basketbolçuları “Gəncə”dən Cared Smol (38 xal, 4 ribaund), NTD-dən isə Londel Kinq (18 xal, 6 ribaund) olublar.

Xəbər 119 dəfə oxundu.