Taleh Ziyadov: Azərbaycan Avropanın badminton mərkəzlərindən birinə çevriləcək
"İnanıram ki, Avropa Badminton Konfederasiyası ilə dayanıqlı tərəfdaşlıq əlaqələrimiz daha da güclənəcək və Azərbaycan Avropanın ən uğurlu badminton mərkəzlərindən birinə çevriləcək.

Bunu Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Sven Serrenin Avropa Badminton Konfederasiyasının prezidenti seçilməsinə münasibət bildirərkən deyib.

T.Ziyadov belçikalı funksioneri təbrik edib və ona uğurlar arzulayıb.

Qeyd edək ki, Sven Serre Bakıdakı konqresdə qurumun prezidenti seçilib.

Xəbər 156 dəfə oxundu.