Dünya kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə finala vəsiqə əldə edib
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışları çərçivəsində qrup hərəkətləri üzrə Azərbaycan komandası 3 lent və 2 topla proqramın finalına yüksəlib.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət komandamız təsnifat mərhələsində hakimlərdən 32,250 xal alaraq ikinci yeri tutub və finala vəsiqə qazanıb.

Həlledici mərhələdə Çin, İsrail, Polşa, Ukrayna, Bolqarıstan və Özbəkistan komandaları da mübarizə aparacaqlar.

Qrup komandamız 5 halqa ilə yarışlarda da həlledici mərhələyə adlayıb.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 155 dəfə oxundu.