Dünya kuboku: Zöhrə Ağamirova və Alina Gözəlova lentlə yarışlarda məharətlərini sınayıblar
Bədii gimnastlarımız Zöhrə Ağamirova və Alina Gözəlova Azərbaycan paytaxtında təşkil olunan dünya kuboku yarışlarında lent ilə çıxışlarını təqdim ediblər.

Z.Ağamirova hakimlərdən 29,400, A.Gözəlova isə 26,650 xal alıblar. Hazırda Z.Ağamirova təsnifat mərhələsində 8-ci, A.Gözəlova isə 27-ci pillədə qərarlaşıblar.

Aprelin 23-dək davam edəcək turnirdə gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışlarda mübarizə aparırlar. Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplayan gimnast və qrup komandası “AGF Trophy” kuboku ilə təltif olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Bakı 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 120 dəfə oxundu.