Dünya kuboku: Bolqarıstan gimnastları halqa ilə təsnifat yarışlarına başçılıq edirlər
Bolqarıstan təmsilçiləri Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında halqa ilə təsnifat mərhələsinə başçılıq edirlər.

Stilina Nikolova 35,650 xalla birinci, Eva Brezalieva 33,900 xalla ikinci pillədə yer alıblar. İlk üçlüyü braziliyalı Maria Eduarda Aleksandre 32,950 xalla tamamlayır.

Gimnastlarımız Zöhrə Ağamirova 11-ci, Alina Gözəlova isə 20-ci pillədə qərarlaşıblar.

Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalı toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 120 dəfə oxundu.