Almaniya gimnastı topla təsnifat mərhələsində liderliyə yüksəlib
Almaniya təmsilçisi Darya Vorfolomeev paytaxtımızda keçirilən dünya kuboku yarışlarında topla təsnifat mərhələsində liderliyə yüksəlib.

Gimnastın təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 32,400 xalla qiymətləndirilib.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 32 xalla ikinci, İsrail təmsilçisi Adi Asya Katz 31,450 xalla üçüncü pillədə yer alıblar. Digər gimnastımız Alina Gözəlova 30,950 xalla təsnifat mərhələsində dördüncü pillədə qərarlaşıb.

Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 124 dəfə oxundu.