UEFA Konfrans Liqasının yarımfinalçıları bəlli olub
UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.

Cavab oyunlarından sonra yarımfinalın iştirakçıları müəyyənləşib.

Turnirin pley-off mərhələsində Ağdamın "Qarabağ" komandasını mübarizədən kənarlaşdıran Belçikanın "Gent" komandası İngiltərədə "Vest Hem"in qonağı olub. İlk oyunda 1:1 hesablı nəticə qeydə alınsa da, cavab matçında “Gent” 1:4 hesabı ilə məğlub və turnirdə mübarizəni dayandırıb.

Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3

İlk oyun - 4:1

"AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (penalti seriyası - 4:1)

İlk oyun - 0:2

"Vest Hem" (İngiltərə) - "Gent" (Belçika) - 4:1

İlk oyun - 1:1

"Nitsa" (Fransa) - "Bazel" (İsveçrə) - 1:2

İlk oyun – 2:2.

Yarımfinal mərhələsində “Bazel” komandası "Fiorentina" ilə üz-üzə gələcək. Digər görüşdə isə "Vest Hem" və "AZ Alkmaar" klubları qarşılaşacaqlar.

Yarımfinalın ilk oyunları mayın 11-də, cavab qarşılaşmaları isə 18-də olacaq.

Xəbər 112 dəfə oxundu.