Basketbol Liqası: “Sabah” komandası “Sərhədçi”yə qalib gəlib
Azərbaycan Basketbol Liqasının XXVII turu çərçivəsində daha bir oyun keçirilib.

Çempionatın lideri "Sabah" play-offdan kənarda qalmış "Sərhədçi" ilə qarşılaşıb.

"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş “Sabah”ın 89:86 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ən məhsuldar basketbolçular "Sərhədçi"dən Trevor Blekmon (26 xal, 6 ribaund), "Sabah"dan Entoni Patti (33 xal, 4 ribaund) olub.

Bu qələbədən sonra xallarını 47-yə çatdıran "Sabah" ilk pillədəki mövqeyini möhkəmləndirib.

Xəbər 114 dəfə oxundu.