Gənc cüdoçularımız Polşada təlim-məşq toplanışında iştirak ediblər
Azərbaycanın gənclərdən ibarət cüdo üzrə yığma komandasının üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Polşanın Poznan şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Hazırlıq prosesinə 15 oğlan və 5 qız idmançımız qatılıb. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Xəbər 116 dəfə oxundu.