“Neftçi” klubu Azərbaycan kuboku yarışlarında 20-ci səfər məğlubiyyətini alıb
“Neftçi” klubu Azərbaycan kuboku yarışlarında 20-ci səfər məğlubiyyətini alıb. Bu, yarımfinalın “Turan Tovuz”la ilk oyununa təsadüf edib.

Bakı klubu rəqib meydanında 0:1 hesabı ilə uduzub. “Ağ-qaralar” ölkə kubokunda 78-ci səfər görüşündə 20-ci məğlubiyyətə üzülüb. Bunlardan 7-si yarımfinal, doqquzu dörddəbir, üçü səkkizdəbir, biri 1/16 finala təsadüf edib.

Qeyd edək ki, “Neftçi” ölkə kubokunda ümumilikdə 38-ci məğlubiyyətini alıb. Bunlardan 14-ü evdə, 4-ü neytral meydançada yaşanıb.

Xəbər 105 dəfə oxundu.