Formula 1 Azərbaycan Qran-Prisinin keçdiyi yollarda beton baryerlərin quraşdırılması davam edir
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton baryerlərin quraşdırılmasına davam edir.

Aprelin 20-də gecə saat 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

Xəbər 105 dəfə oxundu.