Millimiz yoxlama oyununda “Qalatasaray”a qalib gəlib | |
İstanbulda təlim-məşq toplanışında olan 16 yaşadək qız basketbolçulardan ibarət yığmamız növbəti yoxlama oyunlarını keçirib. Baş məşqçi Evren Alkayanın rəhbərlik etdiyi millimiz güclü rəqibi İstanbul çempionu “Qalatasaray” klubunun qızlardan ibarət U-16 komandasına qarşı oyundan 72:58 hesablı qələbə ilə ayrılıb. Qızlarımız müvafiq olaraq “İstanbul Asya” komandasına 88:66, “İstanbul Panterləri”nə isə 62:36 hesabları ilə qalib gəliblər. |
|
Xəbər 147 dəfə oxundu. |
|
|