İki qadın güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Millimizin üzvü Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türk Evin Demirhana tam üstünlüklə qalib gəlib - 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. M.Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşəcək.

Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib - 13:3. Həmyerlimiz dörddəbir finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşacaq.

Mübarizəyə dörddəbir finaldan qoşulacaq Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vita ilə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz yarımfinalda Yuliya Tkaç (Ukrayna) ilə üz-üzə gələcək.

Xəbər 128 dəfə oxundu.