Azərbaycan üzgüçüləri açıq Macarıstan çempionatında iştirak edirlər
Azərbaycan üzgüçüləri Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah açıq Macarıstan çempionatında iştirak edirlər.

M.Şeyxəlizadəxangah 50, Ramil Vəlizadə isə 200 metr məsafəyə batterflay üsulla üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

Komandamız üçün dünya çempionatına hazırlıq xarakteri daşıyan açıq Macarıstan çempionatına aprelin 23-də yekun vurulacaq.

Xəbər 189 dəfə oxundu.