Anatoli Bışovets: “Azərbaycanla oyunun axarı gözləniləndir”
. Biz oyunun böyük hissəsində üstünlüyə malik olub hücum etməyə hazır olmalıyıq”. Bu sözləri Rusiya futbolunun veteranı Anatoli Bışovets deyib.

Ölkəsinin yığmasının sabiq çalışdırıcısı DÇ-2014-ün seçmə mərhələsinin sabah keçiriləcək Rusiya – Azərbaycan oyunu haqda fikirlərini açıqlayıb: “Düşünürəm ki, heyətdə müəyyən dəyişikliklər gözləniləndir. Məhz bu tip oyunlar üçün olan futbolçulara şans veriləcək. Belə qarşılaşmalarda daha incə oynayan və gözlənilməz addımlar atan futbolçular lazımdır. Təbii ki, həm də məhsuldar oynayanlar”.

Xəbər 899 dəfə oxundu.