MMA döyüşçümüz Zəfər Abdürrəhmanov növbəti görüşünü keçirəcək | |
Azərbaycanın “ASED FC” liqasının və “Əhməd” klubunun MMA döyüşçüsü Zəfər Abdürrəhmanov növbəti peşəkar görüşünü keçirəcək. Təmsilçimiz aprelin 29-da Tbilisidə “GFC - Georgian Fighting Championship” liqasının 20-ci seriyasında Ermənistan idmançısı Narek Qalstyan ilə qarşılaşacaq. Z.Abdürrəhmanov “AFC-13” turnirində son döyüşündə qələbə qazanaraq bu görüşdə Azərbaycanı təmsil etmək hüququ qazanıb. |
|
Xəbər 447 dəfə oxundu. |
|
|