Vergi işçiləri arasında şahmat turniri aprelin sonunda yekunlaşacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri davam edir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, İsveçrə sistemi üzrə keçirilən turnirin 4-6-cı turları aprelin 15-də baş tutub, iştirakçılar aktivlərinə əlavə xallar yazdırıblar.

Turnirin sonuncu 7-9-cu turları aprelin sonunda keçiriləcək.

Xəbər 152 dəfə oxundu.