Atasının oğlu - İanis Hacı
«Qalatasaray»ın əfsanəvi adlarından olan rumıniyalı Georgi Hacının 14 yaşlı oğlu İanis Hacı Rumıniya 15-yaşlılar millisinin moldovalı həmyaşıdları ilə oynadığı matçın 22-ci dəqiqəsində meydana çıxıb. Soldan paslaşaraq yerinə yetirdiyi künc zərbəsinin ardından rəqibini gözəl şəkildə keçən İanisin asmasını cərimə meydançasında qəbul edən komanda yoldaşını rəqib müdafiəçilər kobudluqla qarşılayarkən, təyin edilən penaltidə topun başına keçən gənc Hacı görüşdə hesabı açıb.

3:1 hesabıyla qazanılan matçın ardından «DolceSport»a müsahibə verən İanis «Atamın matçı izlədiyini bilmirəm, amma ümid edirəm izləyib. Hər uşağın olduğu kimi, mən də atamdan bir çox öyüd aldım, mən də bunları ən yaxşı şəkildə istifadə etməyə çalışdım. Atam mənə harada səhv etdiyimi və səhvlərimi izah edir. Birlikdə onları düzəltməyə çalışırıq» deyib.

İdman.com.az saytının məlumatına görə, sol ayağı ilə bütün dünyaya ad salan Hacının oğlu İanisin sağ ayağı ilə zərbələri diqqətləri çəkərkən, topla irəliləmə və qarşılıqlı mübarizələrdə hər iki ayağın birdən istifadə etməsi qabiliyyətlərini ortaya qoyub. Atası kimi 10 nömrə geyən və komanda kapitanlığını edən İanis Georgi Hacının «Qalatasaray»da futbolçu olduğu dövrdə komandanın yanında olmuş, atasının klubda baş məşqçilik dönəmində isə aşağı yaş qrupunda futbol oynamışdı.

Xəbər 1356 dəfə oxundu.