“Neftçi”nin kapitanı Emin Mahmudov yeni rekorda imza atıb
Bakının “Neftçi” klubunun futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının cari mövsümündə yeddinci dəfə penaltidən qol vurub. Otuz bir yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə ev görüşündə (1:2) fərqlənib.

E.Mahmudov bununla da “Neftçi”nin tarixində yeni rekorda imza atıb. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti vuran futbolçu olub.

E.Mahmudovadək rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009-2010-cu), Ruslan Qurbanov (2015-2016-cı) və Namik Ələskərov (2020-2021-ci) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurublar. R.Qurbanovun bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çeviriblər.

Xəbər 102 dəfə oxundu.