Qrup hərəkətləri komandamız dünya kuboku yarışlarının finalına vəsiqə qazanıb
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya kuboku yarışlarının finalına vəsiqə qazanıb.

Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyevadan ibarət kollektiv beş halqa ilə çıxışına görə həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, dünya kuboku yarışlarına aprelin 17-də yekun vurulacaq.

Xəbər 107 dəfə oxundu.