Pamela Andersona bənzəyən klub
İngiltərə «Lids»inin sahibi Ken Bates klubunu Pamela Andersonun gənclik halına bənzədib. İdman.com.az saytının məlumatına görə, vaxtilə «Çelsi»ni Roman Abramoviçə satmış, indi isə «Lids»i «Gulf Finance House» şirkətinə satan və klubu təhvil vermək üzrə görüşmələrini davam etdirən ingilis rəhbər, komandanı satışa çıxarmada maraqlı bənzətmələr edib.

Sözləri Britaniya mətbuatında gündəmə keçən Bates «Lids» Pamela Andersonun gənclik halına bənzəyir. Müdhiş bir görünüşə sahibdi, qiymətlidi və qarşısında çox yaxşı bir gələcək var» sözləriylə klubunu tərifləyib.

Satış əməliyyatları ilə əlaqədar da danışan Bates, «Bu tip satınalmalarda çox diqqətli davranmaq lazımdır və görüşmələrimiz davam edir. Razılaşmanı təmin edə bilmək üçün inanılmaz bir səy göstəririk. 3 həftə içində nəticə müəyyən olar» deyib.

Xəbər 1015 dəfə oxundu.