Lando Norris: Bakı mərhələsini səbirsizliklə gözləyirəm, bu tras xoşuma gəlir
Bakıda sprinter yürüşünün uik-endi yeni format üzrə keçiriləcək. “McLaren” komandasının pilotu Lando Norris bu dəyişiklikləri dəstəkləyir.

Lando Norris deyib: “Pilotlar həmişə bildiriblər ki, sprinter yürüşü əsas yürüşlə əlaqəli olmamalıdır. Bazar Qran-Prisi əsas və göstərişli hadisədir, bizlərdən heç biri ona hər hansı bir təsirin olmasını istəmir.

Əvvəllər sprinter yürüşlərində hamı maşına zərər gəlməsindən ehtiyat edirdi, bazar gününü korlamaq hər kəsi qorxudurdu. Düşünmürəm ki, qaydaların tərtibi zamanı məqsəd bundan ibarət olub. Bu, sadəcə əlavə yürüşə tamaşa edə biləcək azarkeşlər üçün əyləncədir.

Bakı mərhələsini səbirsizliklə gözləyirəm, bu tras xoşuma gəlir. Yeni formatda sprint də maraqlı olmalıdır. Belə trasda nə olacağını heç vaxt bilmirsən”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakıda keçiriləcək.

Xəbər 125 dəfə oxundu.