ASAPES abituriyentlərə çağırış edib
Son günlər sosial şəbəkələrdə, o cümlədən də Telegram kanalında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adında sui-istifadə faktı qeydə alınıb. Belə ki, Akademiyanın müəllimləri və peşəkar idman ustaları tərəfindən V ixtisas qrupuna aid olan idman istiqaməti üzrə qabiliyyət imtahanı üçün fiziki hazırlıq üzrə T.Bəhramov adına Respublika Stadionunda “sınaq imtahanı” təşkil olunacğı barədə yalan informasiya yayılıb. Vüsət Əizov adlı şəxsin paylaşdığı elanda Akademiya müəllimlərinin adından istifadə edilib.

ASAPES rəsmi olaraq bildirir ki, həmin şəxsin Akademiya ilə, ümumiyyətlə idmanla heç bir əlaqəsi yoxdur. Paylaşdığı elan da saxtadır. Abituriyentləri və valideynləri bu tipli elanlar vasitəsilə aldanmamağa və işbazların toruna düşməməyə çağırırıq.

Xəbər 129 dəfə oxundu.