Fernando Alonso 2024-cü ildən sonra Formula 1-də qalacaq
İkiqat dünya çempionu Fernando Alonso “Aston Martin” komandası ilə hazırkı müqaviləsinin müddəti başa çatdıqdan sonra Formula 1-də karyerasını davam etdirməyi planlaşdırılır.

41 yaşlı pilotun “Aston Martin”lə hazırkı müqaviləsi 2024-cü ilin sonunadək nəzərdə tutulub. Yaşına baxmayaraq, Fernando Alonso 2023-cü il mövsümünün uğurlu startından sonra daha bir neçə il Formula 1-də qalmaq niyyətindədir.

Alonso daha əvvəl bu barədə belə deyib: “Formula 1-də qalıb-qalmayacağımı bilmirəm. Əgər qalaramsa, o halda birmənalı şəkildə “Aston Martin” komandasında çıxışımı davam etdirəcəyəm”.

İspaniyalı veteran 2023-cü il mövsümünün ilk üç yürüşünün hər birini podiumda başa vurub. O, çempionatda üçüncü yer tutur və yalnız “Red Bull Racing” komandasının pilotları - Maks Ferstappen və Serxio Peresdən geri qalır.

Xəbər 126 dəfə oxundu.