“Zirə” – “Səbail” matçı ilə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında “Zirə” komandası “Səbail”i qəbul edəcək. Hesabında 38 xal olan “Zirə” turnir cədvəlində beşinci, “Səbail” isə 21 xalla sonuncu pillədə yer alıb. Matç saat 17:30-da başlayacaq.

Günün digər görüşü “Neftçi” və “Qəbələ” komandaları arasında olacaq. Bakı təmsilçisi 60 xalla üçüncü, “Qəbələ” isə 39 xalla dördüncü sırada qərarlaşıblar. Qarşılşamanın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, turun "Kəpəz" - "Turan Tovuz" oyunu aprelin 15-də, "Şamaxı" - "Sumqayıt" və "Sabah" - "Qarabağ" matçları isə aprelin 16-da keçiriləcək.

Xəbər 150 dəfə oxundu.