Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri başlayıb
Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turniri başlayıb.

Milli Gimnastika Arenasında təşkil olunan turnirin birinci günündə gənc və böyük gimnastlar fərdi proqramda halqa və top, gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 ip, böyüklər isə 5 halqa ilə güclərini sınayacaqlar.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Xəbər 116 dəfə oxundu.