Azərbaycan çempionatında I Liqanın final tarixi bəlli olub
Aprelin 16-da Voleybol Mərkəzində kişi voleybolçular arasında ölkə birinciliyinin I Liqasında final qarşılaşması keçiriləcək.

Finalda “Express” və “Təhsil” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanın start fiti isə saat 12:30-da çalınacaq.

Ardınca I Liqa yarışlarında medal qazanan qadın və kişi komandaları mükafatlandırılacaq və çempionatın bağlanış mərasimi keçiriləcək.

Qeyd edək ki, kişi voleybolçuların I Liqasının bürünc medalçısı artıq bəlli olub. “Hərbi İnstitut" həlledici matçda “Kapitalist” klubuna 3:0 hesabı ilə qalib gələrək üçüncü yerə sahib çıxıb.

Qadınların I Liqasında isə finalda “Azərreyl-2” klubunu 3:1 hesabı ilə üstələyən “Xarı bülbül” qızıl, “Murov-2” kollektivini 3:2 hesabı ilə məğlub edən “Ryuqa” isə bürünc medal qazanıb.

I Liqa (kişilər)

16 aprel

Final

12:30 “Express” - “Təhsil”

Yarışın bağlanış mərasimi

Oyunların nəticələri

I Liqa (kişilər)

Bürünc medal uğrunda

“Hərbi İnstitut” - “Kapitalist” 3:0 (25:21, 26:24, 25:18)

I Liqa (qadınlar)

Bürünc medal uğrunda

"Ryuqa" - "Murov-2" 3:2 (25:22, 23:25, 25:23, 10:25, 15:9)

Final

"Xarı bülbül" - "Azərreyl-2" 3:1 (25:22, 25:19, 15:25, 26:24)

Xəbər 122 dəfə oxundu.