U-15 yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyinə start verilib
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyinin ilk yarış günü keçirilir.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, aprelin 14-də Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan yarışda 142 cüdoçu gücünü sınayacaq. Qızlar arasında bütün çəki dərəcələrində, oğlanlar arasında isə -34 kq, -38 kq, və -42 kq çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.

Xəbər 137 dəfə oxundu.